Əsas Səhifə > Dünya > Şimali Koreya ilə danışığa hazırıq
Şimali Koreya ilə danışığa hazırıq19-09-2016, 08:13 |
ABŞ Koreya yarımadasında sülhün tənzimlənməsi istiqamətində Şimali Koreya ilə danışıqlar aparmağa hazırdır. Amma Pxenyan nüvəsizləşdirilmə ilə bağlı müzakirələrə razı olmalıdır. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Con Kerri Yaponiya Xarici İşlər naziri Fumio Kisido və Cənubi Koreya Xarici İşlər naziri Yun Byon Se ilə Nyu Yorkda keçirilən görüş zamanı deyib. “Biz dəfələrlə demişik ki, Koreya yarımadasında sülhün bərqərar olması, iqtisadi inkişaf barədə Şimali Koreya ilə danışıqlar aparmağa hazırıq. Amma onlar da nüvəsizləşdirilmə ilə bağlı müzakirələrə qoşulmalı və heç bir sınaq keçirməməlidirlər”, - Kerri vurğulayıb. Geri qayıt |