Əsas Səhifə > Dünya > Küçədə seksə görə 1 il həbs cəzası aldı

Küçədə seksə görə 1 il həbs cəzası aldı


17-09-2016, 10:04
Küçədə seksə görə 1 il həbs cəzası aldı
Belarusun “Dinamo” Minsk futbol klubunun azarkeşi və rəfiqəsi küçədə açıq-saçıq seksə görə həbs cəzasına məhkum ediliblər.

“Pressball.by” saytının məlumatına görə, insident şəhərin “Suxarevo” mikrorayonunda baş verib.

Minsk Frunze rayon məhkəməsi 19 yaşlı oğlanla 17 yaşlı gənc qızı xuliqanlıqda (Qrup şəklində) təqsirli bilib.

Onlar illik möhlət şərtilə 1 il azadlıqdan məhrum edilib və 100 saatlıq məcburu əməyə cəlb olunublar.

Bundan başqa müəyyən vaxtdan sonra onların bəzi yerlərə getməsinə qadağa qoyulub.

Qeyd edək ki, İyulun ortalarında yerli və beynəlxalq sosial şəbəkələrdə onların “Skripnikova” küçəsində sekslə məşğul olmasını göstərən fotolar yayılıb.

Şəhər daxili işlər idarəsinin əməkdaşları bir neçə gündən sonra belə bir şey olmadığını, şəkillərin Frunze rayonuna heç bir aidiyyəti olmadığını bildiriblər.

Amma 1 aydan sonra məsələ yenidən gündəmə dönüb.

Avqustun 12-də “Belarus 1” televiziya kanalında küçədə açıq sekslə məşğul olanların saxlanması barədə reportaj gedib və faktla bağlı cinayət işi açıdığı bildirilib.

Axtarış vaxtı oğlanın evində “Dinamo” klubuna aid etiket və bayraqlar aşkar edilib.

Geri qayıt