Əsas Səhifə > Dünya > Kiyev Ukraynanın şərqində yeni atəşkəsə razıdır
Kiyev Ukraynanın şərqində yeni atəşkəsə razıdır15-09-2016, 09:39 |
Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier deyir ki, Ukrayna liderləri ölkənin şərqində yeni atəşkəs rejiminə razılaşıblar. Steinmeier sentyabrın 14-də Kiyevdə fransalı və ukraynalı həmkarları Jean-Marc Ayrault və Pavlo Klimkin ilə birgə mətbuat konfransında danışıb. Daha öncə isə prezident Petro Poroshenko ilə danışıqlar aparılıb. «Moskvadan da vəd almışıq ki, sentyabrın 15-dən yeni atəşkəs qüvvəyə minəcək və azı, bir həftə davam edəcək», - Steinmeier deyib. Bir gün öncə Donetsk və Luqansk regionlarında Rusiyanın dəstəklədiyi separatçılar birtərəfli atəşkəs elan ediblər. Tərəflər daha öncə də 1 sentyabr Bilik günündən atəşkəsə razılaşmışdılar, amma hökumət qüvvələri və separatçılar atışmaları dayandırmadığından bu alınmadı. Ukraynada 2014-cü ilin aprelindən gedən toqquşmalarda 9 min 500-dən çox insan həlak olub. Geri qayıt |