Əsas Səhifə > Dünya > Pakistanda qatar toqquşub, azı 6 nəfər ölüb

Pakistanda qatar toqquşub, azı 6 nəfər ölüb


15-09-2016, 09:06
Pakistanda qatar toqquşub, azı 6 nəfər ölüb
Sentyabrın 15-də Kəraçiyə gedən ekspress qatarı Pakistanın mərkəzində Puncab vilayətində yük qatarıyla toqquşub. Azı 6 nəfər həlak olub, 100-dən çox yaralı var.

Rəsmilər bildirir ki, hadisə Multan şəhərinin 25 kilometrliyində baş verib, dörd vaqon aşıb.

Pakistanda Qurban bayramı davam etdiyindən fövqəladə orqanların hadisəyə reaksiyası gecikib. 190 milyon əhalisi olan bu ölkədə əsasən müsəlmanlar yaşayır.

Dəmiryol rəsmisi Saima Bashir qəzaya görə sərnişin qatarının mühəndisini suçlayıb, onun yük qatarı dayanandan sonra verilən qırmızı işığa məhəl qoymadığını bildirib.

Pakistanın dəmiryol şəbəkəsinin təmirinə yetərincə sərmayə qoyulmur. Ötən ilin noyabrında baş vermiş qəzada 19 nəfər ölmüşdü.

Geri qayıt