Əsas Səhifə > Dünya > “Qafqaz təlimi Ukraynanın işğalına səbəb olacaq”
“Qafqaz təlimi Ukraynanın işğalına səbəb olacaq”9-09-2016, 08:59 |
Artıq Rusiyanın bir neçə cəbhədə müharibə aparmaq üçün gücü qalmayıb. Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında hərbi ekspert Svyatoslav Steçenko söyləyib. Onun sözlərinə görə, Qafqaz-2016 hərbi təlimi vasitəsilə Moskva Ukraynaya qarşı böyük müharibəyə hazırlaşır: “Ukrayna hazır olmalıdır. Ruslar avqustun 25-dən 31-nə qədər Cənub Hərbi Dairəsində qəfil yoxlamalar apardılar. Bunun sayəsində bölgədəki qüvvələrin sayını 100 minə çatdırdılar. Bu, bizim şərq istiqamətində olan qoşunlarımızdan üç dəfə çoxdur. Rusiya eyni yoxlamanı 2014-cü ilin fevralında da aparmışdı. Ondan bir ay sonra Krım anneksiya edildi”. Qeyd edək ki, Qafqaz-2016 hərbi təlimi sentyabrın 5-dən 10-na qədər keçiriləcək. Hərbi təlimdə 12,5 min nəfər iştirak edəcək. Təlim Şimali Qafqaz, Cənubi Osetiya, Abxaziya, Qara dəniz, Xəzər dənizi və Ermənistanda baş tutacaq. Geri qayıt |