Əsas Səhifə > Dünya > Rusiya və Türkiyə prezidentləri telefon danışığı zamanı Suriya problemini müzakirə ediblər
Rusiya və Türkiyə prezidentləri telefon danışığı zamanı Suriya problemini müzakirə ediblər9-09-2016, 08:55 |
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. SalamNews xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə qeyd olunur ki, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan danışıqlar zamanı əsas diqqət Suriyadakı vəziyyətə yönəldilib. Tərəflər Suriyada münaqişənin nizamlanması üzrə səylərin koordinasiyası məqsədilə müxtəlif kanallar vasitəsilə əlaqələri davam etdirmək barədə razılaşıblar. Geri qayıt |