Əsas Səhifə > Dünya > İrandan müsəlmanlara Həcc çağırışı

İrandan müsəlmanlara Həcc çağırışı


8-09-2016, 08:50
İrandan müsəlmanlara Həcc çağırışı
İran prezidenti müsəlman dünyasını ötənilki Həcc ziyarətində 2 min 400-dən çox adamın həlak olmasına görə Səudiyyə Ərəbistanını cəzalandırmağa çağırıb. İranın Ali dini lideri də insidentin araşdırılmasına səsləyib.

Prezident Hassan Rouhani və Ali Dini lider Ayatollah Ali Khamenei sentyabrın 7-də danışıblar. Şiə İranıyla sünni Səudiyyə arasında söz savaşı bu həftə intensivləşib. Belə ki, yüz minlərlə müsəlman Səudiyyəyə Həcc ziyarətinə axışır. Dini mərasim sentyabrın 10-da başlanır.

İranlı zəvvarlar isə builki mərasimə gedə bilməyiblər. Çünki onların təhlükəsizliyi ilə bağlı danışıqlar nəticəsiz qalıb. Ötənilki basabasda 400-dən artıq iranlı həlak olmuşdu.

Rouhani hökumətin iclasında deyib ki, ölkələr «əsl həccə nail olmaq məqsədilə Səudiyyə Ərəbistanı hökumətini cəzalandırmalıdırlar».

«Hökumət bu insidentə görə məsuliyyət daşımalıdır. Təəssüf ki, Səudiyyə hökuməti müsəlman ölkələrinə şifahi üzrxahlıq da etməyib», - o söyləyib.

Khamenei isə tələb edib ki, Səudiyyənin hakim Al Saud ailəsi ötən ilki faciəni lazımınca araşdırsın.

Geri qayıt