Əsas Səhifə > Dünya > Klinton Rusiyanın seçkiyə müdaxiləsindən 'dərindən' narahatdır

Klinton Rusiyanın seçkiyə müdaxiləsindən 'dərindən' narahatdır


6-09-2016, 08:42
Klinton Rusiyanın seçkiyə müdaxiləsindən 'dərindən' narahatdır
ABŞ-da demokratların prezident seçkisinə namizədi Hillary Clinton Rusiyanın ABŞ seçki sisteminə mümkün müdaxiləsindən «dərin» narahatlıq bildirib. Rusiyanın kiberhücumlar vasitəsilə Demokrat Partiyasının və ştatların seçki sisteminə müdaxilə etdiyi bildirilir.

«Kəşfiyyatçılarımızın hazırda bu məsələni araşdırması və buna ciddi yanaşması Rusiyanın seçki sistemimizə mümkün müdaxiləsi barədə ciddi suallar yaradır», - Clinton sentyabrın 5-də jurnalistlərə deyib.

«Çox ciddi məsələylə üzləşmişik. Heç vaxt xarici bir qüvvə seçki prosesimizə müdaxilə etməyib», - Clinton söyləyib. O, respublikaçı namizəd Donald Trump-ın Rusiya prezidenti Vladimir Putin-dən və digər «diktatorlar»dan ötrü cazibədar olduğunu, onun ya Rusiyayla işlədiyini, ya da Rusiyanı müdaxiləyə həvəsləndirdiyini iddia edib.

«İndiyədək böyük partiyalardan heç bir namizəd rusiyalıları haker hücumlarını davam etdirməyə çağırmayıb», - Clinton söyləyib.

İyulda demokratların elektron yazışmalarının (email-lər) haker hücumlarına məruz qalması barədə xəbər çıxanda Trump demişdi ki, «Rusiya, ümid edirəm itən 30 min email-i də tapacaqsız». O, sonradan zarafat etdiyini söyləyirdi.

Geri qayıt