Əsas Səhifə > Dünya > Türkiyə ABŞ-ı kürdləri dəstəkləməməyə çağırdı

Türkiyə ABŞ-ı kürdləri dəstəkləməməyə çağırdı


31-08-2016, 08:34
Türkiyə ABŞ-ı kürdləri dəstəkləməməyə çağırdı
Türkiyə prezidentinin sözçüsü ABŞ-ı Suiryada Türkiyə silahlı qüvvələrinə qarşı döyüşən kürd silahlılarını dəstəkləmək siyasətinə yenidən baxmağa çağırıb.

Türkiyə ötən həftə Suriyaya hərbi müdaxilə edəndən bəri Amerikanın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) silahlılarını hədəfləməyə başlayıb.

Bundan əvvəl ABŞ SDQ qüvvələrindən Türkiyənin istəyinə uyğun olaraq Fərat çayının şərq sahilinə çəkilmələrini tələb etmişdi.

Son məlumatlara görə SDQ bildirir ki, o qüvvələrini Fərat çayının sağ sahilinə çəksə də, Türkiyə kürdlərin nəzarətində olan məntəqələrin bombardmanını davam etdirir.

Bununla əlaqədar ABŞ Türkiyədən onun dəstəklədiyi və hərbi yardım göstərdiyi kürd qüvvələri ilə döyüşlərin dərhal dayandırılmasını tələb etmişdi.

Məhz bu çağırışdan sonra Recep Tayyip Erdoğanın mətbuat katibi İbrahim Kalın deyib ki, "Amerikalılar özlərinin nəyin bahasına olursa-olsun kürd qüvvələrini dəstəkləmək siyasətinə yenidən baxmalıdırlar”.

Erdoğan Suriya əməliyyatını Putinlə razılaşdırıb

Yeri gəmişkən Rusiya mediası bildirir ki, Erdoğan Suriyanın şimalına müdaxilə planlarını Putinlə razılaşdırıb.

Rəsmi Moskva Türkiyənin Suriyanın şimalındakı əməliyyatlarına heç bir mənfi reaksiya verməyib, Rusiya mediası isə xəbər və təhlillərində Vaşinqton və Ankara arasında yaranmış daha bir ixtilafdan məmnunluq ifadə edir.

Bu arada Fransa prezidenti Francois Hollande Türkiyənin Suriyadakı “ziddiyyətli” hərəkətlərini tənqid edib və Moskvanı özünü Suriya müharibəsinin “baş qəhrəmanı” kimi aparmamağa çağırıb.

Hollande deyib ki, çoxsaylı və çoxşaxəli müdaxilələr münaqişəsinin daha da alobvlanmasına gətirib çıxara bilər.

Fransa prezidenti Türkiyənin İŞİD təhlükəsindən narahatlığını bölüşdüyünü bildirsə də, Ankaranın kürd YPG qüvvələrinə qarşı hücumlarını kəskin pisləyib.

ABŞ-dan başqa Suriya kürdlərinin qüvvələrinə Fransa da dəstək verir.

Geri qayıt