Əsas Səhifə > Dünya > Suriyada 13 kənd Azad Suriya Ordusunun əlinə keçib

Suriyada 13 kənd Azad Suriya Ordusunun əlinə keçib


29-08-2016, 08:52
Suriyada 13 kənd Azad Suriya Ordusunun əlinə keçib
Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi, Suriya Silahlı Qüvvələrinə qarşı vuruşan müxalif Azad Suriya Ordusu (ASO) daha 13 kəndi ələ keçirib.

SalamNews-un "Anadolu" agentliyinə istinadla məlumatına görə, Cerablus bölgəsində 10, Rai bölgəsində isə 3 kənd Azad Suriya Ordusu tərəfindən tutulub.

Qeyd edək ki, “Fərat qalxanı” adlı əməliyyata avqustun 24-də start verilib.

Geri qayıt