Əsas Səhifə > Dünya > Almanlar Moskvayla yeni silahlara nəzarət sazişinin bağlanmasına çağırır
Almanlar Moskvayla yeni silahlara nəzarət sazişinin bağlanmasına çağırır26-08-2016, 10:09 |
Almaniyanın xarici işlər naziri Moskvayla yeni silahlara nəzarət sazişinin bağlanmasına çağırır. Bu çağırış Rusiya və NATO-nun hərbi təlimləri artırmasının təsadüfi müharibənin alovlana biləcəyi sarıdan narahatlığın gücləndiyi bir məqama təsadüf edir. Avqustun 26-da “Frankfurter Allgemeine Zeitung” qəzetində Frank-Walter Steinmeier-in məqaləsi dərc olunub. Məqalədə qeyd olunur ki, Rusiya 2014-cü ildən bəri on illər boyunca qurulmuş inam tellərini, eləcə də təməl sülh prinsiplərini qırıb, amma buna baxmayaraq, “gərginliyin artmasının əngəllənməsi yönündə birləşməliyik”. Nazir qeyd edir ki, silahlara yeni nəzarət prosesi “şəffaflıq, inam yaradılmasından ötrü sübuta yetirilmiş vasitələri” ortaya qoyar. Avqustun 24-də NATO-nun keçmiş xarici işlər və müdafiə nazirləri müraciət yayıblar, onlar gözlənilməz hərbi toqquşmaların idarə olunması qaydaları üzrə Rusiyayla saziş imzalamağa çağırıblar. Steinmeier-in iyunda dedikləri tənqidə səbəb olmuşdu. O demişdi ki, NATO-nun son hərbi təlimləri və Şərqi Avropada qüvvələrini gücləndirməsi Rusiyayla gərginliyi pisləşdirə bilər. Geri qayıt |