Əsas Səhifə > Dünya, Güney Press > İranda sosial media istifadəçilərinə xəbərdarlıq
İranda sosial media istifadəçilərinə xəbərdarlıq24-08-2016, 08:25 |
İranın İnqilab Qvardiyası bildirir ki, son həftələr sosial media qruplarının 450 administratorunu saxlayıb, dindirib, yaxud xəbərdarlıq edib. Bu barədə avqustun 23-də Qvardiyanın kiber qanadı olan Gherdab-ın vebsaytında məlumat yerləşdirilib. Bildirilir ki, saxlananlardan bəziləri Teleqram mesajlaşma şəbəkəsindən istifadə ediblər. Məlumata görə, həmin şəxslər “əxlaqsız” sayılan postlar yerləşdiriblər. Qvardiyanın yalnız “ədliyyə prosedurları”dan sonra hərəkətə keçdiyi, bəzi şəxslərin məhkəmə qarşısına çıxarılacağı qeyd olunur. Mayda hakimiyyət bəzi modellərin “Instagram”da fotolarına qarşı əməliyyat keçirmişdi. Qadınların baş örtüsüz fotolarını yerləşdirən bir neçə nəfər saxlanmışdı. Qadağalara baxmayaraq, İranın 80 milyonluq əhalisinin yarıdan çoxu onlayn istifadəçidir. Təkcə Telegram-ın 20 milyon istifadəçisi var. Geri qayıt |