Əsas Səhifə > Dünya > Rusiya Krımda hərbi təlim keçirir

Rusiya Krımda hərbi təlim keçirir


19-08-2016, 12:03
Rusiya Krımda hərbi təlim keçirir
Rusiya hərbi qüvvələri Ukraynanın 2014-cü ildə ilhaq olunmuş Krım yarımadasında təlim keçirir.

Rusiyanın RIA-Novosti dövlət agentliyi avqustun 18-də bildirib ki, təlimlərdə yalnız quru və donanma qüvvələri iştirak edir.

Bu ayın əvvəlində Moskva Ukraynanı Krımda “təxribat” törətmək cəhdlərində ittiham edib. Kiyev isə bunu təkzib edir. O vaxtdan tərəflər arasındakı gərginlik artıb.

Son həftələr Ukraynanın şərqində atışmalar da çoxalıb. Hökumət qüvvələri burada rusiyapərəst separatçılarla savaşır.

Ukrayna Prezidenti Petro Poroshenko avqustun 17-də xəbərdarlıq edib ki, “Rusiyanın tammiqyaslı işğalını” istisna etmir.

Geri qayıt