Əsas Səhifə > Dünya > PKK-nın hücumlarının arxasında FETÖ dayanır
PKK-nın hücumlarının arxasında FETÖ dayanır19-08-2016, 09:23 |
PKK-nın həyata keçirdiyi terror aktlarının arxasında Fətullahçı Terror Təşkilatı (FETÖ) var. SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Ərdoğan bildirib ki, PKK-nın hücumlarının arxasında FETÖ olduğunu anlamaq üçün kahin olmağa ehtiyac yoxdur: “Biz hər şeyi anlayırıq. Həm bu xəyanət təşkilatı ilə, həm də bölgədəki terrorçularla mübarizə edə biləcək qüdrətə malikik. Sərhədlərimizdən kənarda baş verənləri yaxından təqib etməyə davam edəcəyik, verilən sözlərin yerinə yetirilib yetirilmədiyini izləyəcəyik”. Ərdoğanın sözlərinə görə, Türkiyə adları fərqli də olsa, bir-biriləri ilə yaxın əlaqədə olan terror təşkilatlarının ortaq hücumu altındadır: “15 iyulda FETÖ hücum etdi. Bu xain təşkilat müvəffəqiyyət əldə edə bilmədi, digərləri hərəkətə keçdi. Separatçı terror təşkilatı PKK tərəfindən 15 iyuldan indiyə qədər edilən hücumlarda çox sayda vətəndaşımız şəhid olub. Son olaraq Diyarbəkirdə 7 şəhidimiz, Vanda 3 şəhidimiz, Elazığda 5 şəhidimiz və 217 yaralımız var”. Geri qayıt |