Əsas Səhifə > Dünya > Çavuşoğlu və Kerri Fətullah Gülənin ekstradisiyasını müzakirə edib

Çavuşoğlu və Kerri Fətullah Gülənin ekstradisiyasını müzakirə edib


17-08-2016, 09:04
Çavuşoğlu və Kerri Fətullah Gülənin ekstradisiyasını müzakirə edib
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Con Kerri ilə Fətullah Gülənin ekstradisiyası məsələsini müzakirə edib.

SalamNews-un “Timetürk”ə istinadla verdiyi xəbərə görə, Çavuşoğlu və Kerri arasında telefon danışığı baş tutub.

Telefon danışığında Gülənin ekstradisiyası, ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Türkiyə səfəri və Suriya mövzusunun müzakirə edildiyi bildirilir.

15 iyul dövlət çevrilişi cəhdindən sonra Con Kerrinin Ankaraya gəlməsi gözlənilirdi. Lakin sonra Kerrinin deyil, Baydenin Türkiyəyə gələcəyi açıqlanıb.

Geri qayıt