Əsas Səhifə > Dünya > Türkiyədə FETÖ ilə əlaqə olan daha 22 polis əməkdaşı həbs olunub

Türkiyədə FETÖ ilə əlaqə olan daha 22 polis əməkdaşı həbs olunub


15-08-2016, 08:42
Türkiyədə FETÖ ilə əlaqə olan daha 22 polis əməkdaşı həbs olunub
Türkiyənin Çankırı şəhərində dövlət çevrilişinə cəhd istintaqı çərçivəsində aparılan təhqiqatla əlaqədar 25 polis məhkəmə qarşısına çıxarılıb.
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, onlardan 22-i həbs olunub. Digər polis əməkdaşları müvəqqəti azadlığa buraxılıb.
Həbs olunanlar arasında şöbə müdirləri və digər vəzifəli polis əməkdaşları var.
Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqədə ittiham olunaraq həbs olunan polis əməkdaşları Çankırı şəhərinin qapalı cəzaçəkmə müəssisəsinə göndərilib.

Geri qayıt