Əsas Səhifə > Dünya, Manşet > Manat QATİLİ...

Manat QATİLİ...


10-08-2016, 10:32
Manat QATİLİ...
Mərkəzi Bankın sədri Elman Rüstəmov kəskin devalvasiyadan sonra düşdüyü kəskin stress vəziyyətindən hələ də qurtula bilmir. Məlumdur ki, manatın dəyərinin düşməsi ökədə ciddi bahalaşmaya səbəb olub. İdxal olunan ərzaq və qeyri ərzaq məhsullarının qiymətlərində korrektə edilib. Gundelik-Baku.com olaraq qeyd edək ki, ərzaq bazarında nəzarət imkanında bulunan əsas şirkətlərin əksəriyyəti yaxın zamanlarda qiymətləri artıracağını gizlətmir. Baş bankir kommersiya qurumlarını bu addıma sövq edən səbəblərin açmasını hələ ki, ağartmır. Bəlkə də düşünür ki, bunun ona heç dəxli də yoxdur. Bəs səbəb olmaya-olmaya kəskin devalvasiyaya ehtiyac hardan yarandı? Bizcə, Elman Rüstəmovla bağlı əllamələrdə "yalanın" böyük rolu var. Necə olmasa, baş bankirimizin manatı qiymətdən salması bilərəkdən və düşünülmüş, eynən də mənafelərimizə zidd addım kimi qiymətləndirilir. Digər tərəfdən, sirr deyil ki, gözlənlən devalvasiya barədə Elman Rüstəmova yaxın-uzaq oliqarxların demək olar ki, hamısının məlumatı olub. Ölkədən xaricə valyuta transferlərinin həcminin bir neçə dəfə artdığı barədə məlumatları xatırlayın. Ehtimal ki, valyuta transferlərində Elman Rüstəmovun da müəyyən "fəaliyyəti" olmamış deyil. Bu barədə aldığımız məlumatda deyilir ki, Elman Rüstəmov manatın dəyərdən düşməsi ərəfəsində təcili qaydada öz yaxın ətrafına müvafiq göstərişlər verərək malik olduğu sərvətin yerləşdirildiyi xarici banklarda ayrı-ayrı adamların adına ehtiyat variant kimi yeni valyuta hesablarının açılmasını təmin etməyi tapşırıb. Məqsəd Azərbaycandan xarici ölkə banklarına transfer edilmiş külli miqdarda valyutanın izini itirmək olub. Lakin, gecikmiş bu tədbirin baş tutmadığı, nəticədə Elman Rüstəmovun bir sıra bəzi başqa sirlərinin üzə çıxdığı məlum olub. Yadınızdadırsa, bir müddət öncə bəzi kütləvi informasiya vasitələrində Mərkəzi Bankın sədrinin sərvəti Səudiyyə Ərəbistanı kralının varidatı ilə müqayisə olunmuşdu. Nəzərə almaq lazımdır ki, Azərbaycanda indiyədək heç kəs bu "şərəfə" layiq görülməyib. Dolayısı ilə belə bir müqayisənin aparılması Elman Rüstəmovun özü üçün ciddi siqnal rolunu oynamaqla yanaşı son 20-25 ildəki fəaliyyətinə hüquqi qiymət verilməsi üçün əsas yarada bilər. Məhz bu cür yanaşmalarla Elman Rüstəmovun baş bankir rolunda apardığı valyuta transferi əməliyyatlarının ölkə iqtisadiyyatı üçün ilk baxışdan nəzərə çarpmayan acı nəticələrini təsəvvür etmək bir o qədər də çətin deyil. Ona görə də, ölkədəki qiymət artımlarına məhz bu prizmadan yanaşmağı düşgün hesab edirik.Baş bankir bəlkə, buyurub səhvlərini düzəlmək istəyəcək? Nə bilmək olar, cəmiyyət baş bankirin yeni sürprizlərindən ehtiyatlanır... Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt