Əsas Səhifə > Dünya > İran Pokemon Go oyununu qadağan edib
İran Pokemon Go oyununu qadağan edib6-08-2016, 09:24 |
İranda hakimiyyət orqanları mahiyyəti açıqlanmamış “təhlükəsizlik mülahizələri ilə” Pokemon Go aplikasiyasını qadağan edib. Bu qərarı internet fəaliyyətlərinə nəzarət edən Virtual Fəzalar Ali Şurası qəbul edib. Bu aplikasiyadan təhlükəsizliklə əlaqədar narahatlıq ifadə etmiş bir neçə başqa ölkələr olsa da, İran Pokemon Go oyununa konkret olaraq rəsmi yasaq qoyan ilk ölkə olub. Pokemon Go oyununun qaydalarına görə iştirakçılar real dünyanın müxtəlif məkanlarında multiplikasiya tipli məxluqları tapmalıdırlar. İranda internetdən istifadəyə məhdudiyyət olsa da, son həftələrdə iranlılar bu oyunu sosial medialarda müzakirə edirdilər. Bəzi xəbərlərə görə İranın hakimiyyət orqanları oyun yaradıcılarının “əməkdaşlığa” nə dərəcədə hazır olduqlarını gözləyirdilər və qadağanı yalnız bundan sonra qoyublar. Başqa ölkələrdə də qadağanlar var İndoneziyada polis işçilərinə xidmət zamanı Pokemon Go oynamaq qadağan edilib. Başqa bir fransız oyunçu isə Pokemon axtara-axtara hərbi bazaya gedib çıxdığına görə ötən ay həbs olunub. Səudiyyənin dini rəhbərlərindən biri elan edib, bundan əvvəl Pokemon Go-nun kart variantına qoyulmuş yasaq fətvası, onun virtual versiyasına da şamil edilir. 16 il əvvəl verilmiş həmin fətvada deyilirdi ki, bu oyundakı “haram rəsmlər” qumar oyunlarına qoyulmuş islami qadağanı pozur. Lakin Səudiyyədə dini rəhbərlərin fətvaları onların öz qazilik ərazilərinə aiddir və bütövlükdə bu ölkədə Pokemon Go-ya qadağan yoxdur. Bu həftənin əvvəllərində Nyu York ştatı elan etmişdi ki, seks təcavüzkarı kimi qeydiyyatda olan 3 min nəfərin Pokemon Go oynamasına qadağan qoyulacaq. Xəbər verilir ki, bu qadağandan məqsəd həmin oyunu oynayan uşaqların təhülkəsizliyinin təmin edilməsidir. Geri qayıt |