Əsas Səhifə > Dünya > Yerevanda yürüş iştirakçıları həbs olunub

Yerevanda yürüş iştirakçıları həbs olunub


5-08-2016, 09:14
Yerevanda yürüş iştirakçıları həbs olunub
Avqustun 5-nə keçən gecə Yerevandakı Azadlıq meydanında onlarla adam tutularaq polis bölməsinə aparılıb.

Adamların həbsi meydanda başa çatan yürüşdən sonra baş verib. Meydana doluşan «qırmızı beretlilər» yürüş iştirakçılarını polis maşınlarına basıb.

Xəbəri AzadlıqRadiosunun erməni xidməti yayıb.

Saxlanılan gənclərdən bəziləri deyib ki, onlar yürüşdə iştirak etməsələr də, saxlanılıblar.

Geri qayıt