Əsas Səhifə > Dünya > Amerikanın növbəti prezidentinin kimliyi bəllidir

Amerikanın növbəti prezidentinin kimliyi bəllidir


26-07-2016, 08:37
Amerikanın növbəti prezidentinin kimliyi bəllidir
Bernie Sanders Demokratlar Partiyasının qurultayında deyib ki, Hillary Clinton “Birləşmiş Ştatların növbəti prezidenti olmalıdır”. O, partiyanın nominasiya prosesindəki keçmiş rəqibinin xeyrinə emosional bir çıxış edib

“Bizə xalqımızı bir araya gətirəcək, daha da güclü edəcək rəhbərlik lazımdır, bizi bölməyə çalışan deyil”, Sanders iyulun 25-də qurultayın açılışındakı çıxışında deyib.

Qurultayda Hillary Clinton-un rəsmi namizəd kimi təsdiqlənəcəyi gözlənir.

Sanders partiyanın namizədi olmaq uğrunda Clinton-la acı mübarizə aparıb. Elə qurultayda da bu iki siyasətçinin tərəfdarları arasında gərginlik yaşanıb. Sanders-in tərəfdarları onun adını qışqırıblar, Сlinton-u fitə basıblar.

Noyabrın 8-də keçiriləcək prezident seçkisində respublikaçıları Donald Trump təmsil edəcək.

Geri qayıt