Əsas Səhifə > Dünya > Respublikaçıların qurultayında ikitirəlik

Respublikaçıların qurultayında ikitirəlik


21-07-2016, 09:20
Respublikaçıların qurultayında ikitirəlik
Respublikaçıların qurultayında Texas senatoru Ted Cruz partiyanın seçkilərə rəsmi namizədi Donald Trump-ı dəstəkləməyib. Bu da Trump tərəfdarları arasında narazılıq yaradıb.

Milyarder Donald Trump praymeriz seçkisində 16 namizədi məğlub edib, ancaq hətta respublikaçı liderlər belə onu bölücü, ksenofobik adlandırıblar. Cruz isə seçkilərdə, adətən, Trump-dan sonra ikinci yerdə gəlirdi.

Cruz 20 dəqiqəlik çıxışında bircə dəfə Trump-ın adını çəkib, onu namizəd olması münasibətliə təbrik edib, amma seçiciləri Trump-a səs verməyə çağırmayıb. Bu isə Trump tərəfdarlarının narazılığına səbəb olub, onlar Cruz-u sözünə əməl etməyə çağırıblar. Kampaniyanın əvvəlində bütün respublikaçı namizədlər yekun namizədi dəstəkləməyə söz veriblər.

Geri qayıt