Əsas Səhifə > Dünya > Dağıstanda terror şübhəlisi öldürülüb

Dağıstanda terror şübhəlisi öldürülüb


12-07-2016, 09:36
Dağıstanda terror şübhəlisi öldürülüb
Rusiyanın Dağıstan Şimali Qafqaz regionunda antiterror əməliyyatı şübhəli yaraqlının öldürülməsiylə başa çatıb. Məlumatı Rusiyanın hüquq-mühafizə rəsmiləri yayıb.

Admir Talibov adlı yaraqlı Dağıstanın Miskinja kəndində güllələnib. Onu polis evdə mühasirəyə alıbmış.

Talibov vasitəçilik təkliflərini rədd edib və əvəzində polisə atəş açıb. Əməliyyat zamanı ev də alışıb yanıb.

Rusiya Milli Antiterror Komitəsinin məlumatına görə, Talibov “Yujnaya” qruplaşmasının üzvü olub. Həmin qruplaşma fevralda iki polis əməkdaşını öldürüb, 18 dinc sakini yaralayıb.

Komitə bildirir ki, Talibov dəfələrlə İslam Dövləti qruplaşmasına qoşulmaqdan ötrü Suriyaya getməyə cəhd göstərib.

Geri qayıt