Əsas Səhifə > Dünya > Rus ordusu 2020-yə qədər bu qütbdə yerləşəcək

Rus ordusu 2020-yə qədər bu qütbdə yerləşəcək


12-07-2016, 09:06
Rus ordusu 2020-yə qədər bu qütbdə yerləşəcək
Rusiya Arktikada əlavə 10 aerodrom tikmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb.

Nazirlik bu il ərzində Arktikadakı məntəqələrə 100 min ton maddi vəsait çatdırmağı planlaşdırdığını bildirib. Moskva həmçinin rus ordusunun Arktikada yerləşdirilməsinin 2020-ci ilə qədər davam edəcəyini açıqlayıb.

Qeyd edək ki, Rusiyanın Arktikada fəallaşması Kanada, Norveç və ABŞ-ın kəskin etirazına səbəb olub. Moskvanın aktivliyinə cavab olaraq Kanada da özünün Arktikadakı hərbi fəallığını artırıb.

Geri qayıt