Əsas Səhifə > Dünya > İsrail ordusunun ən nüfuzlu şəxsi ABŞ-a çağrıldı

İsrail ordusunun ən nüfuzlu şəxsi ABŞ-a çağrıldı


9-07-2016, 15:57
İsrail ordusunun ən nüfuzlu şəxsi ABŞ-a çağrıldı
İsrailin keçmiş müdafiə naziri Moşe Yalon ABŞ-a dəvət edilib.

Axar.az xəbər verir ki, Yalon ABŞ-da Vaşinqton Qərbi Asiya Siyasətləri Təşkilatında çıxış edəcək. Səfər avqustda gerçəkləşəcək.

Yalonun ABŞ-da İran əleyhinə kəskin açıqlamalar verəcəyi gözlənilir.

Təşkilat da artıq Yalonun səfəri ilə bağlı açıqlama yayıb. Təşkilatın sədri Robert Santaluf Amerikanın Yaxın Şərq məsələsində Yalonun təcrübəsinə ehtiyacı olduğunu bildirib.

Qeyd edək ki, Moşe Yalon İsrail ordusunda ən nüfuzlu şəxslərdən biri hesab edilir. O, 2012-2016-cı illərdə İsrail müdafiə naziri vəzifəsini tutub. Yalonu bu postda Aviqdor Liberman əvəz edib.

Geri qayıt