Əsas Səhifə > Dünya > Putin Milli Qvardiya yaradır

Putin Milli Qvardiya yaradır


4-07-2016, 08:52
Putin Milli Qvardiya yaradır
Rusiya Prezidenti Vladimir Putin iyulun 3-də Milli Qvardiyanın yaradılması barədə qanun imzalayıb. Bu qüvvə keçmiş Daxili İşlər Nazirliyinin əsgərlərinin bazasında yaradılır.

Qanuna əsasən, Milli Qvardiya fövqəladə rejimlərin qüvvəyə minməsi, terrorçuluqla mübarizə, Rusiya ərazisinin qorunması, dövlət obyektlərinin və vəsaitlərinin mühafizəsinə cavabdeh olacaq.

Ancaq tənqidçilərin fikrincə, bu qüvvənin yaradılmasında məqsəd narazıları susdurmaqdır. Belə ki, Rusiya parlament və prezident seçkiləri keçirməyə hazırlaşır.

Qanunda deyilir ki, Milli Qvardiya yaşayış yerlərində iğtişaşları yatıracaq, dövlət obyektlərinə silahlı hücum zamanı gücdən istifadə edə biləcək.

Medianın Milli Qvardiyanın bazalarının yeri barədə məlumat verməsi qadağan edilir.

Geri qayıt