Əsas Səhifə > Dünya > "Yaxın Şərq dördlüyü" dən xəbərdarlıq

"Yaxın Şərq dördlüyü" dən xəbərdarlıq


2-07-2016, 08:52
"Yaxın Şərq dördlüyü" dən xəbərdarlıq
“İsrail Fələstin torpaqlarında tikinti işlərini dayandırmalı, fələstinlilər isə zorakılığın qızışdırılmasından əl çəkməlidir”.

Belə birgə bəyanatla, ABŞ, Avropa Brliyi, Rusiya və BMT-nin nümayəndələri çıxış edib.

“Yaxın Şərq dördlüyü” hesab edir ki, yəhudi qəsəbələrinin genişləndirilməsi, fələstin evlərinin dağıdılması və İsrailin Fələstin torpaqlarını “müsadirə” eləməsi “İki dövlət və iki xalq” ideyasına ziyan vurur.

Dördlüyün yaydığı birgə bəyanatda qeyd edilir ki, Fələstin torpaqlarındakı İsrail qəsəbələrində azı 570 min israilli yaşayır.

Geri qayıt