Əsas Səhifə > Dünya > Trampdan İstanbul aeroportundakı faciə ilə bağlı açıqlama

Trampdan İstanbul aeroportundakı faciə ilə bağlı açıqlama


29-06-2016, 08:42
Trampdan İstanbul aeroportundakı faciə ilə bağlı açıqlama
Amerika Birləşmiş Ştatları prezidentliyi uğrunda mübarizə aparan respublikaçı siyasi lider Donald Tramp Türkiyədə törədilən terror aktını tənqid edib. ANS PRESS-in "CBSN"ə istinadən verdiyi məlumatına görə, Ohaya ştatında çıxışı zamanı Tramp hadisənin dəhşətli olduğunu bildirib.

Yaralılardan və həyatını itirənlərdən xəbərdar olduğunu bildirən Tramp terroru pisləyib. Amerikanın belə vəziyyətdə daha ağıllı və güclü olmağa çağırıb.


Donald Trampın nitqi

“Mən Amerikanı, bu ölkənin infrastrukturunu yenidən qurmaq istəyirəm. Lakin bunu etməzdən əvvəl biz İŞİD məsələsini həll etməliyik. Və onu da qeyd edim ki, İŞİD meşə yanğını kimi sürətlə yayılır. İŞİD sizin gəncliyinizi, insanlarınızı əlinizdən alır. Onlar interneti bizdən daha yaxşı istifadə edirlər. Onlar insanları İŞİD-ə qoşulmağa vadar edirlər”
Öz Twitter səhifəsində də bu haqda susmayan Donald Tramp, baş vermiş hadisəyə çox üzüldüyünü bildirib.

İstanbul şəhərində Atatürk hava limanında törədilən terror aktı nəticəsində 36 nəfərin öldürüldüyü, 150-ə yaxın insan yaralandığı bildirilir. Hücumda İŞİD silahlılarının əli olduğu ehtimal edilir.

Geri qayıt