Əsas Səhifə > Dünya > ABŞ Rusiyaya şikayət edir

ABŞ Rusiyaya şikayət edir


28-06-2016, 08:38
ABŞ Rusiyaya şikayət edir
Moskvadakı ABŞ diplomatlarına qarşı qısnama və casusluq hərəkətləri ciddi şəkildə artıb. Bu məsələni ABŞ Dövlət katibi John Kerry bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin-lə qaldırıb.

Dövlət Departamentinin iyunun 27-də bildirdyinə görə, Kerry məsələni martda Putin-lə müzakirə edib.

“Bu məsələdə bir artım görürük və buna ciddi yanaşırıq”, departamentin sözçüsü Elizabeth Trudeau deyib. Onun sözlərincə, Rusiya təhlükəsizlik agentləri və yol polisinin qısnaması, özəlliklə, son iki ildə, ABŞ Rusiyaya Ukrayna böhranına görə sanksiyalar qoyandan yüksəlib.

Sözçü deyib ki, digər Qərb səfirlikləri də Moskvadakı diplomatlarına qarşı eyni rəftardan gileylənirlər.

Yanvarda Vaşinqton Rusiyanın beş fəxri konsulunun etibarnaməsini alıb, bunu öz diplomatlarına qarşı qısnamaya cavab olaraq etdiyini bildirib. Rusiyanın Xarici işlər nazirliyi isə ABŞ-ın Birləşmiş Ştatlardan və digər yerlərdəki rusiyalı diplomatları təhrik etməkdə suçlayıb.

Geri qayıt