Əsas Səhifə > Dünya > Senat silah qadağasını rədd edir
Senat silah qadağasını rədd edir21-06-2016, 08:59 |
ABŞ Senatı terrorçuluqda şübhəli sayılan şəxslərə silah satışının məhdudlaşdırılmasını rədd edib. Ancaq bəzi qanunvericilər deyiblər ki, kompromis axtaracaqlar. Ötən həftə Orlandoda silahlının gey-kluba hücumu nəticəsində 49 nəfər öldürülmüşdü. Həmin silahlı İslam Dövləti (İD) qruplaşmasına sədaqət andı içibmiş və 2013-2014-cü illərdə Federal Təhqiqatlar Bürosunun (FBI) terrorçuluq şübhəliləri siyahısında olubmuş. Bu hücumdan sonra silah satışına qadağa qoyulmasından ötrü konqresmenlərə təzyiq artıb. Geri qayıt |