Əsas Səhifə > Dünya > Ağ Evdən Ukraynaya 220 milyon dollar
Ağ Evdən Ukraynaya 220 milyon dollar16-06-2016, 10:09 |
Ağ Ev bildirir ki, Kiyevin iqtisadi, siyasi və enerji islahatlarını dəstəkləmək məqsədilə bu il Ukraynaya 220 milyon dollarlıq yeni yardım ayıracaq. Bu barədə açıqlama iyunun 15-də, ABŞ-ın vitse-prezidenti Joe Biden Ukraynanın Baş naziri Volodymyr Hroysman-la telefonla danışandan sonra verilib. Ağ Ev bildirir ki, bu yardım Ukraynanın “demokratik islahatları və hüququn aliliyini güclındirməsi, davamlı iqtisadi artımım əsaslarının möhkəmləndirməsi, humanitar ehtiyaclarını ödəməsinə” kömək edəcək. Hroysman-ın “ambisiyalı islahatlar planı”nda gömrük islahatının sürətləndirilməsi, ədliyyə sektorunda islahatlar vasitəsilə korrupsiya ilə mübarizə, konstitusiya dəyişikliklərinin icrası var. Ağ Ev belə deyir. Hroysman enerji islahatları da həyata keçirəcəyini deyir. Geri qayıt |