Əsas Səhifə > Dünya > Putin BMT liderlərilə görüşəcək

Putin BMT liderlərilə görüşəcək


15-06-2016, 10:02
Putin BMT liderlərilə görüşəcək
Rusiya Prezidenti Vladimir Putin iyunun 16-da Sankt Peterburda BMT-nin Baş katibi Ban Ki-moon və BMT-nin Suriya üzrə elçisi Staffan de Mistura ilə görüşəcək.

Kremlin təmsilçisi Yuri Ushakov iyunun 14-də Moskvada jurnalistlərə deyib ki, görüşlər illik iqtisadi forum çərçivəsində keçiriləcək.

Putin həmçinin Fransanın keçmiş prezidenti Nicolas Sarkozy ilə də görüşəcək.

Ushakov-un sözlərinə görə, BMT liderləri ilə görüşlərdə “qlobal terrorçuluğa qarşı mübarizə və Suriyada durum” müzakirə olunacaq.

Ban TASS agentliyinə müsahibəsində deyib ki, Rusiya Suriyada sülhün bərqərar olmasında Birləşmiş Ştatlarla birlikdə vacib rol oynayıb.

Geri qayıt