Əsas Səhifə > Dünya > Polşa Gürcüstandan rəsmi izahat gözləyir

Polşa Gürcüstandan rəsmi izahat gözləyir


10-06-2016, 10:03
Polşa Gürcüstandan rəsmi izahat gözləyir
FaktXəbər-in verdiyi məlumata görə, Varşava, NATO-nun Anakonda-16 təlimlərində iştirakdan imtina etdiyi üçün Tbilisidən rəsmi izahat gözləyir.

Qeyd edək ki, Gürcüstan hərbçiləri suçiçəyinə görə təlimlərə getməyiblər. Belə ki, səfərdən bir müddət əvvəl bölmədə 2 suçiçəyi hadisəsi qeydə alınıb. Hərbçilər öz övladlarından yoluxublarmış.

Polşada NATO təlimləri iyunun 6-da start götürüb. Təlimlərdə NATO-nun 18 ölkəsindən və 5 müttəfiq dövlətdən ümumilikdə 30 min hərbçi işçtirak edir. Manevrlərə 3 min nəqliyyat vasitəsi, 105 təyyarə və helikopter, 12 hərbi gəmi cəlb olunub.

Geri qayıt