Əsas Səhifə > Dünya > “Nazarbayev Rusiyaya ehtiyatla müqavimət göstərir”

“Nazarbayev Rusiyaya ehtiyatla müqavimət göstərir”


7-06-2016, 08:39
“Nazarbayev Rusiyaya ehtiyatla müqavimət göstərir”
Kreml hibrid müharibəsi yolu ilə Belarus və Qazaxıstandakı vəziyyəti destabilizasiya etməyə hazırlaşır.

Axar.az xəbər verir ki, bu sözlər rusiyalı jurnalist Yevgeni Kiselyovun “Exo Moskva” radiosunun saytındakı məqaləsində yer alıb. Onun sözlərinə görə, Qazaxıstandakı hadisələrin Rusiya sərhədləri yanında baş verməsi Moskvaya rusların müdafiəsi bəhanəsini formalaşdırmağa imkan verir:

“Rusları qorumaq ya radikal islamçılar, ya da rəngli inqilabçılardan müdafiə altında həyata keçiriləcək. Lukaşenko və Nazarbayev ehtiyatla, amma kifayət qədər iradəli şəkildə Rusiyanın müəyyən addımlarına qarşı müqavimət göstərirlər”.

Qeyd edək ki, dünən Aktobe şəhərindəki bir neçə mağaza və hərbi hissəyə hücum olub. Son məlumata görə, hücum nəticəsində 17 nəfər həlak olub. Bunlardan üçü mülki vətəndaş, üçü hərbçi, 11-i terrorçudur.

Geri qayıt