Əsas Səhifə > Dünya, Güney Press > Qazaxıstanda daha 5 terrorçu öldürüldü

Qazaxıstanda daha 5 terrorçu öldürüldü


6-06-2016, 10:49
Qazaxıstanda daha 5 terrorçu öldürüldü
Qazaxıstanın Aktobe şəhərində keçirilən antiterror əməliyyatında daha 5 ekstremist öldürülüb, 2-si saxlanılıb.

“Qafqazinfo” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bəyan edib ki, xüsusi əməliyyat bütün gecə boyu davam edib. Terrorçulardan çoxlu sayda oğurluq silah götürülüb. Onların hamısının şəxsiyyəti artıq müəyyənləşdirilib.

Bundan başqa, ölkədə terror təhlükəsinin ən kritik həddi – “qırmızı səviyyə” elan edilib.

Xatırladaq ki, Aktobe şəhərində insident dünən qeydə alınıb. Bir qrup şəxs iki silah mağazasına və hərbi hissələrə hücum ediblər. Dünən keçirilən əməliyyat zamanı 4 silahlı şəxs öldürülüb, 7-si isə saxlanılmışdı.

Geri qayıt