Əsas Səhifə > Dünya > İŞİD-in Fəllücədəki vəhşiliyi ortaya çıxıb
İŞİD-in Fəllücədəki vəhşiliyi ortaya çıxıb6-06-2016, 08:36 |
İraq rəsmiləri hökumət qüvvələrinin Fəllücə şəhəri yaxınlığında kütləvi məzarlı tapdığını bildirir. Fəllücənin şimal-qərbindəki Saqlaviya ərazisində 400 nəfərin cəsədi aşkarlanıb. İraq qüvvələri Fəllücəni İslam Dövləti (İŞİD) ekstremistlərindən almağa çalışır. “Cəsədlərin çoxu İŞİD yaraqlılarının saxladığı və öldürdüyü hərbçilərə aiddir”, bir hərbçi dpa agentliyinə bildirib. Kütləvi məzarlıq ərazinin minalardan təmizlənməsi zamanı tapılıb. Fəllücənin alınması əməliyyatı iki həftədir başlanıb. Geri qayıt |