Əsas Səhifə > Dünya > “İnanırıq ki, AB ilə münasibətlərimizdə həll edə bilməyəcəyimiz problem yoxdur”

“İnanırıq ki, AB ilə münasibətlərimizdə həll edə bilməyəcəyimiz problem yoxdur”


27-05-2016, 10:43
“İnanırıq ki, AB ilə münasibətlərimizdə həll edə bilməyəcəyimiz problem yoxdur”
Rusiya Prezidenti Vladimir Putin bu il Avropa Birliyinə ilk səfəri öncəsi Avropayla münasibətlərin dirçəlməsinə çağırıb.

Mayın 27-də Putin Yunanıstana 2 günlük səfərə gedir. O, Avropa Birliyi ilə enerji alyansının yaradılmasına, AB-yə səfər edən rusiyalılar üçün viza qaydalarının yüngülləşdiriməsinə çağırıb. Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra AB Moskvaya iqtisadi sanksiyalar qoyub.

“İnanırıq ki, AB ilə münasibətlərimizdə həll edə bilməyəcəyimiz problem yoxdur”, Putin mayın 26-da Yunanıstanın “Kathimerini” qəzetində çıxan məqalədə deyir. “Köhnə qitənin yeni beynəlxalq reallıqda düzgün mövqeyi yalnız bütün Avropa ölkələrinin, eləcə də Rusiyanın gücünün birləşməsi ilə təmin oluna bilər”.

Kremlin məlumatına görə, Yunanıstanla Rusiya ticarət və iqtisadiyyat sahəsində “bir sıra ikitərəfli razılaşmalar” imzalayacaqlar.

Geri qayıt