Əsas Səhifə > Dünya > Talibana yeni lider seçildi

Talibana yeni lider seçildi


25-05-2016, 09:02
Talibana yeni lider seçildi
Haibatullah Akhunzada Taliban qruplaşmasının yeni lideri seçilib. Sirajuddin Haqqani və Mullah Yaqoob isə onun müavinləri təyin olunublar.

Bu barədə Talibanın sözçüsü məlumat verib. O, qruplaşma lideri Mullah Akthar Mansur-un ABŞ dron zərbəsində öldüyünü təsdiqləyib.

Mullah Akhtar Mansur mayın 21-də Əfqanıstanla Pakistan sərhədində öldürülüb. Pakistan Xarici İşlər Nazirliyi ölkənin suverenliyinin pozulduğunu, hücum barədə məlumatlandırılmadığını bildirib.

Daha öncə Prezident Barack Obama deyib ki, Mansur-un ölümü Əfqanıstana sülh gətirilməsi yolunda “vacib addım”dır.

Geri qayıt