Əsas Səhifə > Dünya > Çərkəz soyqırımı Rusiya gündəmini qarışdırdı

Çərkəz soyqırımı Rusiya gündəmini qarışdırdı


19-05-2016, 09:59
Çərkəz soyqırımı Rusiya gündəmini qarışdırdı
Rusiya rəhbərliyi çərkəzlərin 1864 -ci ildə çar Rusiyası tərəfindən həyata keçirilmiş soyqırımının ildönümündə keçirlməsi planlaşdırılan aksiyaları əngəllməyə çalışır.

Avropa.info "Qafqaz" agentliyinə istinadən xəbər verir ki, öncəki illərdə tədbirlərin paytaxt Moskvada tədbirlərin keçirilməsinə icazə verilməsinə baxmayaraq, bu il soyqırımın yad edilməsinə qadağa qoyulub.

"Windowoneuroasia2" adlı bloqda isə bu məsələ haqqında Paul Qobelenin yazdığı bir analiz dərc olunub. Həmin analiz yazısında deyilir:

"Çərkəzlər illərdir ki, 21 mayı 1864-cü ildə Rusiyada soyqırıma məruz qalmalarının ildönümü kimi anırlar. 1989-cu ilə qədər bu aksiyalar gizli şəkildə həyata keçirilirdi. 1989-cu ildən sonra isə aksiyalara icazə verildi, 3 il əvvəl isə çərkəz soyqırımı Moskvada anıldı.

Lakin, Rusiya rəsmiləri Moskvada anım tədbirlərinin keçrilməsi zamanı problemlərlə üzləşdiklərini əsas gətirərək, aksiyalara icazə vermirlər. Çərkəzlər bu bəhanələrə inanıb, inanmamaq məsələsində tərədüd işindədirlər. Lakin, onlar bu rədd cavabının çərkəz problemini görməzdən gəlmək anlamı daşımasından ehtiyyat edirlər.

Moskva bu il soyqırımın anılmasına icazə vermədiyi üçün yəqin ki, peşman olacaq. Çünki, bu qadağa çərkəzləri daha da birləşdirəcək. Bunu daha öncələrdə də görmüşük. Zamanında Qafqaz rəsmiləri bu anım tədbirlərini qadağan etməyə çalışanda, çərkəzlər tədbirlərini qeyri-rəsmi şəkildə həyata keçiriblər.

Çərkəzlər keçiriləcək anım mərasimlərində bütün qaydalara tabe olduqlarını deyirlər . Xüsusilə rus rəsmilərinin çərkəz problemi haqqında dedikləri "bunlar xarici qüvvələr tərəfindən təhrik edilir" sözləri, bu qadağaların əks təsirə səbəb olacağını düşünürlər" deyə Paul Qobel yazısında qeyd edir.

Geri qayıt