Əsas Səhifə > Dünya > Məscid puluna toyuq hini tikdilər

Məscid puluna toyuq hini tikdilər


13-05-2016, 08:32
Məscid puluna toyuq hini tikdilər
Özbəkistanda bir imam məscidə ayrılan pulu mənimsəyərək toyuq hini tikməkdə ittiham olunur. Bu barədə ölkənin şərqindəki Əndican vilayətinin hüquq-mühafizə rəsmiləri mayın 12-də AzadlıqRadiosunun özbək xidmətinə açıqlama verib.

Asaka şəhərində Kholid-ibn-Valid məscidinin imamı məscidin saxlanması və eləcə də xeyriyyə məqsədilə ayrılmış 27 min dolları mənimsəməkdə ittiham olunur. Adının çəkilməsini istəməyən rəsmi deyib ki, imam, yardımçısı və məscidin mühasibi pulu cücə alınmasına və toyuq hini tikilməsinə sərf edib.

Ancaq məscid təmsilçisi radioya bildirir ki, toyuq hini investisiya kimi tikilib, “İslam qaydalarına görə, bu pul qazanc götürmək məqsədilə verilə bilməz”.

“Gələcəkdə toyuqları satıb pulu və əldə olunan qazancı məscidə qaytarmağı planlaşdırırdıq”, təmsilçi sözlərinə əlavə edib.

Asaka rəsmiləri toyuq hininin məscidin mülkiyyəti kimi qeydiyyata alınmadığını deyirlər.

Geri qayıt