Əsas Səhifə > Dünya > Suriyada terrorçuların sayı artmağa davam edir

Suriyada terrorçuların sayı artmağa davam edir

12-05-2016, 08:53
Suriyada terrorçuların sayı artmağa davam edir
100-dən artıq terrorçu Suriya sərhəddini keçib. ANS PRESS-in “Ria Novosti”-yə istinadən verdiyi məlumata görə ekstremistlər Suriyaya Türkiyə ərazisindən daxil olublar.

Rusiya Müdafiə nazirliyinə məxsus Barışıq mərkəzinin bildirdiyinə görə, terrorçular “Ən-Nüsrə Cəbhəsi” təşkilatının üzvləridir. Ekstremistlər Hələb şəhərindəki Kəfr-Xamra adlı yaşayış məntəqəsində yerləşiblər. Barışıq mərkəzinin məlumatları yerli əhalidən aldığı bildirilir.
“Ən-Nüsrə Cəbhəsi” ABŞ və başqa ölkələr tərəfindən terror təşkilatı kimi tanınıb. Suriyadakı ən böyük üçüncü silahlı qrupdur. Bir neçə gün əvvəl girovluqdan azad edilmiş ispaniyalı jurnalistləri adı çəkilən dəstənin üzvlərinin qaçırdığı deyilib.

Suriyada 10 ay əvvəl qaçırılan ispaniyalı üç jurnalist azad edilərək Türkiyəyə gətirilib. Müxbir Antonio Pamplieqa, fotomüxbir Xose Manuel və operator Anxel Sastre artıq xilas ediliblər və evlərinə qayıdacaqları günü gözləyirlər.Onların sağlam olduqları və bazar günü Madridə yollanacaqları bildirilib.

Sözügedən jurnalistlər Suriya ərazisinə Türkiyədən keçərək gəlib. Ötən ilin iyul ayında isə Hələb şəhərindəki döyüşləri işıqlandırarkən ələ keçiriliblər.
Jurnalistlərin fəaliyyətdə olduqları rayon “Ən-Nüsrə Cəbhəsi” adlandırılan ekstremist qruplaşmaya məxsus olduğu bildirilib.

Geri qayıt