Əsas Səhifə > Dünya > Türkiyə parlamentinin sədrindən sensasion açıqlama

Türkiyə parlamentinin sədrindən sensasion açıqlama


4-05-2016, 10:11
Türkiyə parlamentinin sədrindən sensasion açıqlama
"Dünyəvilik yeni konstitusiyada olmamalıdır" deyərək gündəmə gələn Türkiyə parlamentinin sədri İsmayıl Qəhrəmanın 2014-cü ildəki sensasion çıxışı üzə çıxıb.

Avropa.info xəbər verir ki, İsmayıl Qəhrəmanın 2014-cü ildə Əskişəhərdə etdiyi çıxış zamanı "Cümhuriyyətin qurucusu olan kadrlar dinsiz idilər" dediyi məlum olub.

İsmayıl Qəhramanın söylədiyi bu fikirlər sosial mediada ciddi müzakirə mövzusu olub. 2014-cü ildə etdiyi bildirilən çıxışında Qəhrəman Mustafa Kamal Atatürklə də bağlı fikirlərini açıqlayıb.

"Bu gün Türkiyədə matəm günüdür, Atatürk öldü. Dünyanın heç bir yerində böyük bir adam öldü deyə ağlamazlar. Hər canlı ölümü dadacaq . Vaxtı gəldi öldü. O ölməz deyirdilər, amma öldü. 76 ildir ölmüş adamdan əl çəkmirlər.

Cümhuriyyəti quran kadr pozitivist olub. Pozitivist nədir? Gördüyünə inanır. Vəhyi ayəni inkar edirlər. Pozitivizm Cümhuriyyəti quranların ideologiyası oldu, dindən uzaqlaşdılar."

Geri qayıt