Əsas Səhifə > Dünya > Pakistan Trampa “cahil” deyir

Pakistan Trampa “cahil” deyir


3-05-2016, 08:36
Pakistan Trampa “cahil” deyir
Pakistan ABŞ-da prezidentliyə namizəd Donald Trump-ın pakistanlı həkimlə bağlı dediklərini “cahillik” adlandırıb. Trump ötən həftə Fox News-a bildirib ki, prezident seçilərsə, “iki dəqiqəyə” Shakil Afridi-ni buraxdırar, çünki İslamabad ABŞ-dan xeyli yardım alır. Afridi 2011-ci ildə ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin Al-Qaeda lideri Osama bin Laden-in yerini tapmasına kömək edib.

Pakistanın Daxili işlər naziri Chaudry Nisar Ali Khan mayın 2-də Trump-a qəzəbli reaksiya verib. “O, xarici dövlətlərə sayğıyla yanaşmağı öyrənməlidir”, deyən Khan Pakistanın ABŞ-dan aldığı yardımı “qəpik-quruş” adlandırıb. 2001-ci ildən bəri bu yardım 13 milyard dollara çatıb.

Nazirin sözlərinə görə, Afridi-nin taleyinə Pakistan hökuməti, yaxud Donald Trump yox, Pakistan məhkəmələri qərar verəcək.

Geri qayıt