Əsas Səhifə > Dünya > Obama respublikaçı Trampın prezident olacağını gözləmir

Obama respublikaçı Trampın prezident olacağını gözləmir


3-05-2016, 08:27
Obama respublikaçı Trampın prezident olacağını gözləmir
Səlahiyyətləri bu il başa çatan ABŞ prezidenti Barak Obama respublikaçı Donald Trampın onun varisi olacağına inanmır.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, o, bu barədə CNN kanalına müsahibəsində bildirib.

Jurnalistin Trampın prezident postunda hansı addımları atacağı barədə verilən sualına Obama belə cavab verib: "Mən bu barədə fikirləşmirəm, çünki mən bunun (Trampın seçilməyi) baş verəcəyini gözləmirəm".

Geri qayıt