Əsas Səhifə > Dünya > BMT Ukraynanın müharibədə verdiyi itkilərin sayını açıqladı

BMT Ukraynanın müharibədə verdiyi itkilərin sayını açıqladı


29-04-2016, 08:31
BMT Ukraynanın müharibədə verdiyi itkilərin sayını açıqladı
BMT aprelin 28-də bildirib ki, indiyədək Ukraynanın şərqindəki münaqişədə 9 min 333 nəfər həlak olub. Martda bu rəqəm 9 min 160 idi.

BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Taye-Brook Zerihoun qurumun Təhlükəsizlik Şurasına bildirib ki, münaqişədə 21 min 396 nəfər yaralanıb.
Onun sözlərinə görə, son insident aprelin 27-də baş verib, Donetsk şəhəri yaxınlığında atışmada azı 4 mülki şəxs həlak olub, azı 8 nəfər yaralanıb.

Zerihoun son həftələr atışmanın gücləndiyini bildirib. Oxşar intensiv atışmalar 2014-cü ilin avqustunda baş vermişdi. O, tərəfləri atəşkəsə çağırıb.

BMT təmsilçisi münaqişə tərəflərini beynəlxalq monitorinq missiyasının işini əngəlləməkdə suçlayıb.

Geri qayıt