Əsas Səhifə > Dünya > Ukraynaya media azadlığı ittihamı

Ukraynaya media azadlığı ittihamı


27-04-2016, 09:33
Ukraynaya media azadlığı ittihamı
Ukraynada tanınmış tok-şou aparıcısı aprelin 26-da iş icazəsindən məhrum edilib.

63 yaşlı Savik Shuster kanadalıdır, keçmiş Sovet İttifaqında doğulub, daha öncə Azad Avropa/Azadlıq Radiolarında işləyib. O, Kiyevi söz azadlığını dəstəkləməməkdə suçlayıb.

«Görünür, hökumət hər hansı tənqidə dözmür», - o, özünün peyk televiziya kanalında deyib.

Shuster elan edib ki, Ukraynada işləmək hüququ bərpa olunanadək aclıq aksiyası keçirəcək.

Ukrayna məşğulluq idarəsinin məlumatına görə, Shuster vergi orqanlarının ona qarşı araşdırması barədə hakimiyyəti xəbərdar etmədiyindən iş icazəsi ləğv olunub.

Prezident Petro Poroshenko Facebook sosial şəbəkəsində yazıb ki, «söz azadlığı Ukraynanın ən böyük uğurlarından biridir». Prezident əlaqədar orqanları məsələni mümkün qədər tez həll etməyə çağırıb.

Shuster illərdir «Shuster Live» siyasi tok-şousunu hazırlayırdı. O, iş icazəsi olmadan belə işini davam etdirəcəyini bildirib.

Geri qayıt