Əsas Səhifə > Dünya > Misirdə növbəti "Ərəb Baharı"
Misirdə növbəti "Ərəb Baharı"16-04-2016, 09:12 |
Misirdə Əs Sisi hökümətinin Qırmızı Dənizdəki 2 kiçik adanı Səudiyyə Ərəbstanına təhvil verməsi Qahirə və İsgəndəriyyədə etirazlara səbəb olub. Bu 2014-cü ildə ordu komandiri olmuş Əbdülfəttah Əs-Sisinin prezident seçilməsindən sonra üzləşdiyi ilk ciddi etiraz dalğasıdır. Etirazçılar “Torpaq namusdur” şüarı ilə Qahirədə əsasən juraniltlərin həmkarlar ittifaqı, “Mustafa Mahmud” meydanı, “İstiqamət” məscidi və “Abbasiyyə” meydanında toplaşıblar. Aksiyaçılar həmçinin “Ərəb baharı” dövrünün məşhur cümləsinə çevrilmiş “Xalq rejimin devrilməsini istəyir” şüarını səsləndirirlər. Aksiya iştirakçıları Tiran və Sanafirin Misir adaları olduğunu bildirərək, hökümətə qarşı qəzəb nümayiş etdirirlər. “Adalar 100 faiz Misirə aiddir, bunu təsdiq edən sənədlər var. İlk dəfədir ki, birinin bu adaların bizim ərazilər olmadığını sübuta yetirməyə çalışdığını görürəm.” – deyə etirazçı Abdullah Əzzad bildirir. Qahirə və İsgəndəriyyədə etirazlardan sonra azı 40 nəfərin həbs olunduğu bildirilir. Misirdə razılaşdırılmamış aksiya keçirmək qadağan edilib. Təhlükəsizlik qüvvələri icazəsiz aksiya keçirənlərə qarşı güc tətbiq etməklə bağlı geniş səlahiyyətlərə malikdir. Mursi hökümətinin devrilməsindən sonra küçə etirazları qanlı toqquşmalarla nəticələnmişdi. Misir hökümətinə görə, Aqabə körfəzində yerləşən Tiran və Sanafir adaları Səudiyyə Ərəbstanının torpaqları sayılır. Səudiyyə Ərəbstanı sadəcə olaraq 1950-ci ildə onları İsrailin hücumunda qorumağı Misirə tapşırıbmış. İsrail 1967-ci ilin Yaxın Şərq müharibəsi zamanı adaları zəbt etsə də, 1979-cu il sülh müqaviləsindən sonra Misirə təhvil verib. Habelə fərqli fikirdə olan misirlilər, sosial şəbəkələrdə fəallaşaraq, adaların tarixi Misir torpaqları olduğunu sübut etmək üçün qədim xəritələri feysbuk və tvitterdə paylaşıb. Geri qayıt |