Əsas Səhifə > Dünya > ABŞ-ın 500-ə yaxın iri şirkəti ofşor zonalarda 1,3 trilyon dollar gizlədir
ABŞ-ın 500-ə yaxın iri şirkəti ofşor zonalarda 1,3 trilyon dollar gizlədir15-04-2016, 09:52 |
ABŞ-ın 500-ə yaxın iri şirkəti xarici ofşor zonalarda 1,3 trilyon dollara yaxın pul gizlədir. "APA-Economics" xəbər verir ki, belə bir məlumat "Oxfam" təşkilatının "Broken at the Top" adlı araşdırmasında yer alıb. Araşdırma nəticəsində məlum olub ki, "Pfizer", "Goldman Sachs", "Dow Chemical", "Chevron", "Wallmart", IBM и "Procter and Gamble" kimi dünya brendləri ofşor zonalarda 1 600-ə yaxın törəmə şirkətlər yaradıb və dolayı yolla vergilərdən yayınıb. "Bu üsula əl atmaqla transmilli holdinqlər 240 milyard dollar həcmində vergidən yayınır", - deyə məlumatda qeyd edilir. Geri qayıt |