Əsas Səhifə > Dünya > Taliban “bahar hücumu”na başlayır

Taliban “bahar hücumu”na başlayır


12-04-2016, 10:01
Taliban “bahar hücumu”na başlayır
Əfqanıstan Talibanı havaların istiləşməsilə bağlı yeni döyüş mövsümünü açıq elan edib. Ənənəvi deklarasiya yayın zorakı keçəcəyini müjdələyir.

Aprelin 12-də media təşkilatlarına göndərdiyi emaildə yaraqlılar “bahar hücumu”nun yerli vaxtla səhər 5-də start götürdüyünü bildirir.

Taliban bu kampaniyaya 3 il öncə öldürülmüş yaradıcısı Molla Mohammad Omar-ın şərəfinə “Omar Əməliyyatı” adını verib.

Taliban bildirir ki, ABŞ işğalçılarına qarşı cihad müqəddəs öhdəlikdir. Bu müharibə artıq 15-ci ildir davam edir.

Talibanın yeni lideri Molla Akhtar Mansur müharibəni genişləndirib. Aprelin 11-də Taliban Əfqanıstanda iki hücum təşkil edib, üst-üstə 14 nəfər həlak olub.

Geri qayıt