Əsas Səhifə > Dünya > Türkiyədə PKK terrorçularına qarşı əməliyyatlar davam edir

Türkiyədə PKK terrorçularına qarşı əməliyyatlar davam edir


9-04-2016, 10:38
Türkiyədə PKK terrorçularına qarşı əməliyyatlar davam edir
Türkiyənin Mardin əyalətində PKK terror qruplaşmasına qarşı keçirilən xüsusi əməliyyat zamanı 4 hərbçi yaralanıb.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, əyalətin Nusaybin rayonunda hərbçilərin zirehli texnikası minaatanlardan atəşə tutulub.

Yaralıların xəstəxanaya yerləşdirildiyi, onların həyatına təhlükə olmadığı bildirilir.

Xatırladaq ki, ötən gün Mardin əyalətində keçirilən əməliyyat zamanı 5 hərbçi həlak olub.

Geri qayıt