Əsas Səhifə > Dünya > Rusiya, OPEC hasilatı dondura bilər

Rusiya, OPEC hasilatı dondura bilər


7-04-2016, 09:32
Rusiya, OPEC hasilatı dondura bilər
Rusiya və Neft İxrac edən Ölkələrin Təşkilatı (OPEC) hasilatın dondurulması barədə razılaşma əldə edə bilər. Yəni, İran təşəbbüsə qoşulmasa belə, buna gedəcəklər. Bu barədə OPEC rəsmisi Bloomberg News-a məlumat verib.

Nawal al-Fezaia-nın açıqlamasından dərhal sonra, aprelin 6 və 7-də dünya bazarında neftin qiyməti 5 faizdən çox qalxıb.

Fezaia deyib ki, neft hasil edən ölkələrin hasilatın dondurulması barədə razılığa gəlməkdən başqa yolu yoxdur. Tərəflər aprelin 17-də Qətərin paytaxtı Dohada görüşəcəklər.

Hasilatı dondurmaq üzrə ilkin razılıq ilin əvvəlində Rusiya və Səudiyyə Ərəbistanı arasında əldə olunub.

Rusiya mənbələri aprelin 6-da Reuters agentliyinə bildiriblər ki, Rusiya ilə OPEC artıq detalları müzakirə edir.

Fezaia düşünür ki, neftin qiyməti ilin sonuna 45-60 dollar arasında qərarlaşa bilər.

Aprelin 6-da Londonda Brent neftinin barrelinin qiyməti 1.97 dollar artaraq 39.84 dollara bərabərləşib.

Geri qayıt